Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumat yayır. Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı yaran
Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşd
“Yeri gəlmişkən, Azərbaycan 30 il ərzində dəvət olunmasına baxmayaraq, Ümumdünya Ticarət Təşkilatına qoşulmayıb.
Çünki biz iqtisadi suverenliyimizi, siyasi suverenliyimizi qorumaq istəyirik.
Eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər saxlamağa çalışırıq.
Baxın, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq sənədlərimiz var. Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
ABŞ ilə strateji tərəfdaşlıq xartiyası üzrə müzakirələr aparılır. Bütün bunlar mümkündür və bir-birinə zidd deyil.
Əgər ölkəniz və gələcəyiniz üçün aydın baxışınız varsa, gücünüz varsa, cəmiyyətiniz birləşibsə və kimin nə deməsindən, haqqınızda hansı məqalələrin yazılmasından asılı olmayaraq, doğru bildiyinizi edirsinizsə… Mən xüsusilə Ermənistanla münasibətlər kontekstində daha nikbinəm.
Tam oxu
Xəbəri oxu