Ümumdünya Universiadası: Azərbaycan qızıl medalla başladı

18.07.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada keçirilən 32-ci Ümumdünya Universiadasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası qızıl medal qazanıb.

Gununsesi.info xəbər verir ki, Yelizaveta Luzan, Dərya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə üç top və iki halqa ilə çıxış ediblər.

Qızlar 26.350 bal toplayıb və yekun nəticədə 50.500 xalla Universiadanın qalibi olublar.

Qeyd edək ki, bu, Ümumdünya Universiadasında Azərbaycanın ilk medalı, universiadalar tarixində isə komanda yarışlarında azərbaycanlı gimnastların ilk uğurudur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью