Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanda ümumi daxili məhsul ilk dəfə olaraq 300 milyard dolları keçəcək.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev deyib.Dövlət başçısı bildirib ki, Qazaxıstan iqtisadiyyatının artımınım 6 faizi keçəcəyi gözlənilir ki, bu da son on ilin ən yüksək göstəricisidir:"Emal sənayesində əlavə dəyərin həcmi beş ildə 25 faizdən çox artıb.
Bu, mədən sektorundakından xeyli yüksək göstəricidir. Son illərdə əsas kapitala investisiyalar 70 faiz artıb.
Bundan başqa real sektorda əmək məhsuldarlığında artım 40 faiz təşkil edib".Tokayev onu da deyib ki, qeyri-xammal ixracının həcmi təxminən iki dəfə artıb."Mallarını xaricə ixrac edən müəssisələrin sayı 3 dəfə artıb.
Bunun sayəsində bu gün məhsullarımız 140 ölkəyə ixrac olunur.
Şübhəsiz ki, Qazaxıstan mallarının dünya bazarında öz yerini tutduğunu deyə bilərik”, - deyə Tokayev bildirib.Süleyman Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.