Ümumi dövriyyə indeksi 32,9 faiz artıb

13.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sənaye, tikinti, ticarət və xidmət sektorları üzrə təqvimlə tənzimlənmiş ümumi dövriyyə indeksi may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 32,9 faiz artıb.

Türkiyə Statistika İnstitutu (TÜİK) may ayı üçün dövriyyə indekslərini açıqlayıb. Müvafiq olaraq, mövsümi və təqvimlə tənzimlənmiş ümumi dövriyyə indeksi may ayında aylıq olaraq 3,1 faiz artıb.

Sənaye, tikinti, ticarət və xidmət sektorları üzrə təqvimlə tənzimlənmiş ümumi dövriyyə indeksi eyni ayda illik müqayisədə 32,9 faiz artım göstərib.Sənayedə təqvimlə tənzimlənmiş dövriyyə indeksi may ayında illik müqayisədə 36,6 faiz artıb. Mövsümi və təqvim tənzimlənmiş sənaye dövriyyəsi indeksi də may ayında əvvəlki aya nisbətən 2,5 faiz artım qeydə alıb.

Tikinti sektorunda təqvim tənzimlənmiş dövriyyə indeksi may ayında illik müqayisədə 23 faiz, mövsümi və təqvim tənzimlənmiş tikinti dövriyyəsi indeksi isə aprel ayına nisbətən 5,6 faiz artıb. Təqvim tənzimlənmiş ticarət dövriyyəsi indeksi may ayında əvvəlki ilin eyni ayına nisbətən 31,8 faiz, mövsümi və təqvim tənzimlənmiş ticarət dövriyyəsi indeksi isə əvvəlki aya nisbətən 3 faiz artıb.

Xidmət sektorunda təqvim tənzimlənmiş dövriyyə indeksi may ayında əvvəlki ilin eyni ayına nisbətən 34,8 faiz, mövsümi və təqvim tənzimlənmiş xidmət dövriyyəsi indeksi isə əvvəlki aya nisbətən 3,6 faiz yüksəlib.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью