Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 1 milyard 594 milyon 163,7 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 477 milyon 791,6 min dollar idi. Beləliklə, ərzaq idxalı 116 milyon 372,1 min dollar və ya 7,9% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeyinti məhsullarının ümumi idxaldakı payı 10,85%-dən 16,13%-ə yüksəlib. Artım 5,28 faiz bəndi təşkil edib. Bu, 2026-cı ildə ölkənin ümumi idxalı azaldığı halda ərzaq məhsullarına çəkilən xərcin artdığını göstərir.