Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların nəzərinə

22.08.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat prosesi 25 avqust saat 18:00-dək davam edəcək.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qəbul olanlar https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olanların siyahısından xaric ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью