Ümumi orta təhsil səviyyəsi üzrə mayın 11 də imtahanlarda istifadə edilmiş test tapşırıqlarının cavabları təqdim edilib

12.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 may, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilmiş imtahanlarda istifadə edilən qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью