Ümumilikdə istiqamət müsbətdir Ekspert

31.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Bakı Limanının inşası, yeni dəmir və avtomobil yollarının çəkilməsi, Şərq-Qərb dəhlizinin inkişafı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların artırılması bu istiqamətdə atılan mühüm addımlardandır. Bütün bunlar, təbii ki, nəqliyyat və anbar xidmətlərinə tələbatı artıran əsas amillər sırasındadır".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib.

Ekspert vurğulayıb ki, yerləşdiyi coğrafi mövqe də ölkənin logistika imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu baxımdan, logistika sektorunun inkişafı ölkə iqtisadiyyatı üçün kifayət qədər əhəmiyyətlidir''.

İqtisadçı qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın gələcək iqtisadi modelində logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi mühüm rol oynaya bilər:

''Bu sahənin inkişafı yeni iş yerlərinin yaradılmasına, əlavə iqtisadi imkanların formalaşmasına və müxtəlif biznes sahələrinin inkişafına şərait yarada bilər. Müəyyən artım müşahidə olunur, lakin həcmlər hələ arzuolunan səviyyədə deyil. Bu baxımdan, dövriyyənin və yük axınlarının daha da artırılmasına ehtiyac var. Çünki logistika sektorunda fəaliyyətin genişlənməsi yalnız iri şirkətlər üçün deyil, kiçik və orta sahibkarlıq subyektləri üçün də yeni imkanlar yarada bilər. Ümumilikdə isə istiqamət müsbətdir".

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью