Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 12 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü Gəncə şəhərində ehtiramla yad olunur.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların kollektivləri Ümummilli Lider Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.

Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanı və Heydər Əliyev Park-Kompleksində ucaldılan abidələrinin şəhər sakinləri tərəfindən ziyarəti davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью