Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Comərdli qırğınında doğmalarını itirmiş İzzət xanım sağ qalanlara analıq etmişdi Orta məktəbdə oxuduğum illərdən ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı yazılan kitabları, müxtəlif qaynaqları dərin sevgi ilə oxuyub, qeydlər götürmüşəm.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə sonsuz marağımın verdiyi materiallar silsilə məqaləyə çevrilib.
Ulu öndərin anası İzzət xanım haqqında da yazmışam. Bu dəfə isə dünya şöhrətli siyasətçi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin anası İ
Bu mövzuda oxuduğum kitablardan biri də Şəfiqə xanım Əliyevanın böyük sevgiylə yazdığı “Mənim anam” xatirələr toplusudur.
Bu kitabın işığında qələmə aldığım yazını qadınlarımızın əziz günü olan 8 Martda “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.
1918-ci ilin yayı idi. Zəngəzur dağları füsunkar gözəlliyə qovuşmuşdu. Amma xəyanətkar ermənilər yenə də baş qaldırmışdılar.
1828-ci ildən sonra İrandan Zəngəzur kəndlərinə köçürülən ermənilər silahlı dəstələr düzəldib müsəlman kəndlərinə hücum edirdilər.