Ümumrespublika seminarına yekun vuruldu

11.12.2024

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Güləş məşqçilərinin Ümumrespublika seminarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, seminarın sonuncu mərhələsi Bakıda keçirilib. Sabunçu Gənclər Evində təşkil edilən tədbirdə paytaxtda fəaliyyət göstərən güləş məşqçiləri iştirak edib.

Seminarın nəzəri hissəsinin açılışını edən Bakı Gənclər və İdman İdarəsinin sektor müdiri Samir Salehov Azərbaycan Güləş Federasiyası (AGF) və Gənclər və İdman Nazirliyinin (GİN) ortaq təşkilatçılığıyla bu seminarın ardıcıl 2-ci il keçirildiyini və məşqçi-müəllimlərin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bəzi güləş qaydalarını xatırladıb. Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov klub və cəmiyyətlərdə çalışan mütəxəssislərin bir qisminin idmançılara güləş fəndlərini düzgün çatdırmadığını qeyd edib və bu məsələdə maksimum diqqətli və məlumatlı olmağın vacibliyini qeyd edib. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov isə aktual problemlərdən biri olan yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının fəsadlarına toxunub.

Seminarın praktiki hissəsi AGF-nin təlim-məşq bazasında baş tutub. Milli komandaların məşqçiləri sərbəst və yunan-Roma güləşi üzrə keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına yer ayırıb.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.

Əsas xəbərlər, Ümumi idman Tərtərdə güləş məşqçilərinin seminarı keçirilib

28 Noyabr 2024, 23:49

Əsas xəbərlər, Ümumi idman Qəbələdə məşqçilər üçün seminar keçirilib

21 Noyabr 2024, 19:18

Əsas xəbərlər, Ümumi idman Dünya Güləş Birliyi yeni komitə yaradıb

21 Noyabr 2024, 17:29

Əsas xəbərlər, Ümumi idman Mingəçevirdə güləşçilər üçün seminar

20 Noyabr 2024, 17:33

Əsas xəbərlər, Ümumi idman Yeni güləş zalı istifadəyə verilib

19 Noyabr 2024, 22:37

Əsas xəbərlər, MEDİA, Ümumi idman Tarix yazan çempion: “Azərbaycanda qadın güləşi etibarlı əllərdədir”

10 Noyabr 2024, 20:41

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью