UN HABITAT: İyirmi ildən sonra 2,4 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir AZƏRTAC

20.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

“Biz qlobal şəkildə yaşayış yeri böhranı ilə üzləşirik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri UN HABITAT-ın icraçı direktoru Anaklaudiya Rosbax Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında deyib.

İcraçı direktor bildirib ki, infrastruktur sahəsindəki problemlərə görə bir milyona yaxın insan qeyri-rəsmi yaşayış yerlərində yaşayır: “Hazırda dünyada insanların yarısı şəhərlərdə yaşayır və 20 ildən çox müddətdən sonra 2,4 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir. Şəhərlər buna hazır olmalıdır. Buna görə də şəhərlər ərazidən istifadəni genişləndirməyə, binaların satışını artırmağa məcburdurlar. Bu isə iqlim, ərzaq təhlükəsizliyi, ekosistem üçün təhdiddir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью