UN Habitat: WUF13 ün nəticəsi olaraq mühüm sənəd qəbul ediləcək EKSKLÜZİV

22.05.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq bağlanış sessiyasında mühüm bir sənədin - “Bakı Fəaliyyət Çağırışı”nın qəbul edilməsi gözlənilir.

Bunu WUF13 çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali deyib.

“Bu çağırış hökumətlərə, yerli idarəetmə qurumlarına və şəhərlərə iqlim dəyişikliyi, məcburi köçkünlük, qeyri-formal məskunlaşma və bərabərsizlik kimi problemlərlə mübarizədə qlobal dəstək verməyə yönələcək. Bu baxımdan WUF13 hazırda Azərbaycanda keçirilən mühüm qlobal təşəbbüsdür və biz onun nəticələrini, yekun qərarlarını səbirsizliklə gözləyirik”, - deyə Erfan Ali qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью