Unai Simon: “Ronaldu artıq əvvəlki deyil”

05.07.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il futbol üzrə dünya çempionatının 1/8 finalında komandalar arasında keçiriləcək oyun öncəsi Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu barədə fikirlərini bildirib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 6 iyulda baş tutacaq.

“Kriştianu artıq 6–7 il əvvəl “Real Madrid”dəki oyunçu deyil, amma biz onu mümkün qədər cərimə meydançasından uzaq saxlamağa çalışmalıyıq. Millətlər Liqasının finalında o, cərimə meydançasında qayıdan topdan sonra qol vurdu. Onun hamımızın komandamızda görmək istədiyi həmin qolu vurmaq istəyi var. Biz topa nəzarət etməli və onun bizim cərimə meydançasına yaxınlaşmasına imkan verməməliyik”, - Simon bildirib.

2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin hazırkı dünya çempionu Argentinadır.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью