Unai Simon turnirin ən yaxşı qapıçısı seçildi

20.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Apasport.az xəbər verir ki, təcrübəli qolkiper turnirin yekununda təqdim olunan "Qızıl əlcək" mükafatının sahibi olub.

Simon İspaniyanın turnirdə keçirdiyi 8 oyunun hamısında meydana çıxıb. Təcrübəli qapıçı bu qarşılaşmaların 7-də qapısını toxunulmaz saxlayıb və Belçikayla matçda cəmi 1 qol buraxıb.

Qeyd edək ki, İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Skaloni: "Mən bu komandanı xatırlayacam" Messi DÇ karyerasını başa vurdu – Tarixi rekordlarla vidalaşdı “Trabzonspor”dan rekord satış – Oulai rəsmən “Fiorentina”da “Fənərbaxça”da 5 zədəli futbolçu - Klubdan açıqlama Ahmet Kutucu “Rizespor”da
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью