Ünal Əliyevə hökm oxundu 90 minlik dələduzluq

26.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Dələduzluqda təqsirləndirilən "Nilay Travel" şirkətinin direktoru Ünal Əliyevə hökm oxunub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Ünal Əliyevə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 9 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

İş materiallarına görə, Ünal Əliyev "Nilay Travel" MMC-nin direktoru olduğu dönəmdə turizm adı altında vətəndaşlara qarşı dələduzluq edib. Məhkəmə zamanı Ünal Əliyev verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Dəymiş ziyanın məbləği ümumilikddə 90 min manata yaxındır.

"Nilay Travel" şirkəti 26 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Ünal Abusətdər oğludur.

2024-cü ildə "Yeni Qalaaltı Hotel Company" şirkəti "Nilay Travel" MMC-ni məhkəməyə vermişdi. İddiaçı hesab "Nilay Travel" MMC-nin müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edirdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью