Unay Emeri 4 cü dəfə UEFA Superkubokunu uduzub

13.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 avqust, AZƏRTAC

Unay Emerinin rəhbərlik etdiyi İngiltərənin “Aston Villa” klubu UEFA Superkuboku uğrunda keçirilən oyunda Fransanın PSJ komandasına 1:1 hesabı ilə məğlub olub.

AZƏRTAC xəbər verir ki, bununla da ispaniyalı mütəxəssis məşqçilik karyerasında iştirak etdiyi 4-cü Superkubok matçında da uduzub. Emerinin rəhbərlik etdiyi kollektivlər bu dörd oyunun hər birinə UEFA Avropa Liqasının qalibi kimi vəsiqə qazanıb.

Təcrübəli çalışdırıcı daha əvvəl 2014 və 2015-ci illərdə “Sevilya”nın baş məşqçisi kimi, müvafiq olaraq, “Real Madrid” (0:2) və “Barselona”ya (4:5), 2021-ci ildə isə “Vilyarreal”ın sükanı arxasında “Çelsi”yə (1:1, penaltilər seriyasında 5:6) məğlub olub.

Qeyd edək ki, Unay Emeri UEFA Superkubokunu qazana bilməyən və bu turnirdə dörd finalın hamısını uduzan baş məşqçi kimi tarixə düşüb. Bu, Superkubok uğrunda oyunlarda antirekordudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью