UNEC də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

18.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əlilliyi olan tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanmasına xüsusi diqqət yetirilir.

UNEC İnklüziv Təhsil Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan tələbələr “Erasmus+” layihəsi çərçivəsində müxtəlif vaxtlarda xarici universitetlərdə bir semestr müddətində təhsil alıblar. Beynəlxalq mübadilə proqramlarında iştirak tələbələrin akademik biliklərinin genişlənməsi ilə yanaşı, onların sosial və kommunikasiya bacarıqlarının inkişafına da imkan yaradır.

Bildirilib ki, UNEC İnklüziv Təhsil Mərkəzi son illərdə bir sıra xarici təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, müxtəlif qurumlarla memorandumlar imzalayıb və bir sıra beynəlxalq təşəbbüslərdə ekspert qismində iştirak edib. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi inklüziv ali təhsil sahəsində təcrübə mübadiləsinin aparılması və müasir yanaşmaların yerli təhsil mühitinə tətbiqi baxımından əhəmiyyətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью