Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"Bu gün UNEC-in yeni rəsmi internet saytını təqdim etdik – www.unec.edu.az!
Bu, əvvəlki saytla müqayisədə çoxlu yeniliklər edilmiş və müasir tələblər nəzərə alınmaqla tamamilə yenilənmiş dizaynlı saytdır. UNEC-in müasir universitet modelinə, rəqəmsal idarəetmə fəlsəfəsinə və qlobal mövqeyinə uyğun yeni kommunikasiya platforması formalaşdırılmışdır".
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib. Rektor bildirib ki,
məqsəd UNEC-in akademik və elmi potensialını, təhsil imkanlarını, beynəlxalq əlaqələrini, innovativ layihələrini, tələbə həyatını və əldə etdiyi nailiyyətləri vahid rəqəmsal məkanda daha sistemli, operativ və əlçatan təqdim etməkdir:
" UNEC gələcəyini öz təşəbbüsü ilə formalaşdırır. Yeni sayt da bu yanaşmanın növbəti təzahürüdür".
Sevinc Qarayeva