UNEC ilə Yunanıstanın Patras Universiteti birgə magistr proqramı həyata keçirəcək AZƏRTAC

26.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Yunanıstanın Patras Universitetində olub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Patras Universitetinin rektoru professor Kristos Bouras ilə görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələrin sonunda QS beynəlxalq reytinqində Yunanıstanın 3-cü, dünyanın 761-770-ci ən yaxşı universiteti olan və 30 minə yaxın tələbənin təhsil aldığı Patras Universiteti ilə UNEC arasında birgə magistr proqramına başlamağa dair razılıq əldə edilib. Hər iki rektor proqramın maliyyələşdirilməsi üçün müvafiq qrant layihəsinə birgə müraciət etməyə dair memorandum imzalayıb. Eləcə də Patras Universitetindən professorların UNEC-ə cəlb edilməsinə, tələbə və müəllimlərin mübadiləsinə dair qərar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью