UNEC ilkə imza atdı

07.04.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkədə ilk dəfə olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına qoşulub.

Bu barədə 525.az-a universitetdən  məlumat verilib. Bildirilib ki, platforma vasitəsilə UNEC tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan və 4 milyondan çox tədqiqatçı tərəfindən təhlil edilən 3,6 milyon tammətnli dissertasiyaya çıxış imkanı əldə edərək, yüksək keyfiyyətli akademik resurslarla tanış ola biləcəklər. Bu, tədqiqatçıların öz sahələrindəki ən son inkişafları izləməsini və ən yüksək istinad almış dissertasiyalara asanlıqla çatmasını təmin edəcək.

PQDT-də yerləşdirilən dissertasiyalar, “Web of Science”ın yeni “ProQuest™ Dissertations & Theses Citation Index” indeksinə daxil edilir və müəlliflərin “Web of Science” profilinə əlavə olunur. 

UNEC-in PQDT platformasına qoşulması, universitetin beynəlxalq akademik əlaqələrini gücləndirmək və tədqiqat sahəsindəki uğurlarını daha da artırmaq məqsədini daşıyır. 

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью