UNEC in Dərbənd filialının məzunlarına diplomların verilməsinə başlanıldı

22.07.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunları iki ildir diplom ala bilmirdilər.

"Unikal"ın əldə etdiyi məlumata görə, məzunlara artıq diplomların verilməsinə başlanılıb. 

Qeyd edək ki, Rusiya vətəndaşlarına diplomlar təqdim edilsə də, digər məzunlara sənədin verilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən blankların universitetə verilməsi gözlənilirdi. 

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью