UNEC in Rus İqtisad Məktəbinin ən yüksək qəbul nəticəsi 603 bal olub

18.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UNEC-in Rus İqtisad Məktəbinin I kurs tələbələri ilə görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə Rus İqtisad Məktəbinin dekanı, dosent Mansur Bərxudarov, “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, dosent Sevinc Abbasova, dekan müavinləri – dosent Anar Eyyubov və Leyla Hacıyeva iştirak ediblər.

Dosent Mansur Bərxudarov tələbələri tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Dekan tələbələrə Rus İqtisad Məktəbi, burada yaradılan təhsil imkanları və fakültənin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, bu il Rus İqtisad Məktəbinin 9 ixtisası üzrə 398 tələbə qəbul olub. Onlardan 107-si əcnəbi vətəndaşlardır. Fakültə üzrə ən yüksək  nəticə “Maliyyə” ixtisası üzrə 603 bal toplayan Azərin Osmanovaya məxsusdur.

Görüşdə UNEC-də tələbələr üçün yaradılan imkanlar barədə də ətraflı məlumat verilib. Tələbələrə ikili diplom proqramları, beynəlxalq mübadilə imkanları, tələbə təşkilatları və startap fəaliyyəti haqqında məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью