UNEC in yüksəliş yolunda liderlik nümunəsi

29.01.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan elminin və ali təhsil sisteminin inkişafında xüsusi xidmətləri olan görkəmli alim, tanınmış elm xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun 64 yaşı tamam olur. Elmi düşüncəsi, strateji baxışı və müasir idarəetmə modeli ilə milli iqtisad elminə və ali təhsil mühitinə yeni nəfəs gətirən professor Ədalət Muradovun fəaliyyəti bütövlükdə ölkənin intellektual inkişaf salnaməsində mühüm yer tutur.

Onun rəhbərliyi ilə UNEC qısa müddət ərzində dərin və sistemli yenilənmə mərhələsindən keçərək müasir çağırışlara cavab verən, beynəlxalq nüfuza malik ali təhsil ocağına çevrilib. Onun rəhbərliyi altında yetişən kadrlar bu gün ölkənin müxtəlif elm, təhsil və idarəetmə strukturlarında uğurla fəaliyyət göstərirlər.

Professor Ədalət Muradovun son illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru kimi həyata keçirdiyi genişmiqyaslı və məqsədyönlü islahatlar bu ali təhsil müəssisəsini keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldib. UNEC bu dövrdə təkcə Azərbaycanın deyil, eyni zamanda beynəlxalq miqyasda tanınan, nüfuzlu ali təhsil ocaqları sırasında özünə layiqli yer tutur.

Təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və innovativ yanaşmaların tətbiqi rektorluq fəaliyyətinin əsas prioritetləri olub. Məhz buna görə də cəsarətlə demək olar ki, professor Ədalət Muradovun rektorluq dövrü həm UNEC-in, həm də bütövlükdə Azərbaycan ali təhsil sisteminin tarixində müstəsna əhəmiyyətə malik bir mərhələ təşkil edir.

Qısa zaman ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar universitetin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Bu dövrdə UNEC faktiki olaraq tamamilə yenilənmiş, idarəetmədən tədris prosesinə, akademik mühitdən infrastrukturun müasirləşdirilməsinədək bütün əsas sahələr əhatə olunub. Xüsusilə şəffaf və çevik idarəetmə sisteminin bərpası universitetdə sağlam və etibarlı idarəçilik modelinin formalaşmasına imkan yaradıb.

Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən yeniliklər UNEC-də obyektivlik və şəffaflıq prinsiplərini əsas meyar kimi ön plana çıxarılıb. Bu yanaşma həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də tələbələr arasında ədalətli və rəqabətədavamlı akademik mühitin formalaşmasına mühüm töhfə verib.

Bütün bunlar bir daha göstərir ki, professor Ədalət Muradovun rəhbərliyi ilə UNEC müasir çağırışlara cavab verən, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisəsinə çevrilmişdir. Bu inkişaf yolu universitetin gələcək perspektivləri üçün də möhkəm zəmin yaradıb.

Professor Ədalət Muradovu ad gün münasibətilə, "525-ci qəzet"in kollektivi olaraq, səmimi qəlbdən təbrik edir, görkəmli alimə möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar diləyirik!

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью