UNEC in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb

30.06.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Zoom Video Communications, Inc” (VÖEN – 3100026151) şirkəti ilə istifadə lisenziyasının təqdim edilməsi xidməti üzrə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Bir il (25.06.2026 – 25.06.2027) müddətində qüvvədə olacaq müqavilənin ümumi dəyəri 51 min manat təşkil edir.
Qeyd edək ki, ötən il bağlanan analoji müqavilənin dəyəri isə 29 min 750 manat olub.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью