525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“THE Reytinq Agentliyi dünya universitetlərinin ixtisaslar üzrə reytinqini (Times Higher Education World University Rankings by Subject 2026) açıqlayıb.
Bu reytinq dünya universitetlərini 11 əsas ixtisas üzrə qiymətləndirir.
UNEC İxtisaslar üzrə Dünya Reytingində növbəti uğura imza atdı və ilk dəfə olaraq bu reytinqə daxil oldu”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor qeyd edib ki, UNEC həm Biznes və İqtisadiyyat, həm də Sosial Elmlər üzrə dünyada 501–600 yerə yüksəldi.
Eləcə də, UNEC dünya reytinqində Fiziki Elmlər üzrə 601-800, Mühəndislik üzrə 801-1000-ci yerdədir: “Bu ixtisaslar üzrə də UNEC təkcə Azərbaycanın deyil, həm də Cənubi Qafqazın ən yaxşı universitetidir”.
Sevinc Qarayeva Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.