UNEC nəzdində Sosial İqtisad Kollecin tələbələri respublika turunun qalibi olublar

07.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs və şeir müsabiqəsinə yekun vurulub.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Sosial İqtisad Kollecdən AZƏRTAC-a bildirilib ki, tələbələrdən bank işi ixtisasında təhsil alan Ümid Orucov və mühasibat uçotu ixtisasında təhsil alan Arzu Cavadova rəqs nominasiyası (duet) üzrə I yerə layiq görülüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью