UNEC rektoru kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib | Icma.az
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.
Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, yubiley tədbirində UNEC rektoru professor Ədalət Muradov kollec təhsilinin təkmilləşdirilməsilə bağlı bir sıra təkliflərlə çıxış edib.
O bildirib ki, UNEC nəzdində kollec statusunun konkretləşdirilməsinə ehtiyac var: “UNEC nəzdinə verilən Maliyyə-İqtisad Kollecinin də publik hüquqi şəxs statusu almasını yüksək qiymətləndiririk.
Bununla yanaşı, UNEC-in və onun nəzdində fəaliyyət göstərən kollecin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi ən qısa vaxtda kollecin və UNEC-in Nizamnaməsində dəqiqləşdirmə aparılmasını tələb edir.
Kolleclərin nəzdində fəaliyyət göstərdiyi universitetin struktur vahidinə çevrilməsi kollec əməkdaşlarının əmək haqqlarının universitet əmək haqqı səviyyəsinə qaldırmaqla yanaşı, həm də universitet potensialından geniş istifadə edilməklə kollec təhsilinə ciddi töhfə verilə bilər.
Univetsitetlərdə olduğu kimi, kolleclərdə də adambaşına maliyyələşdirməyə keçid faydalı olar”.
Tam oxu
Xəbəri oxu