UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

11.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Qadın voleybolçulardan ibarət UNEC komandasının yeni baş məşqçisi məlum olub.

Bu barədə AZƏRTAC-a klubun prezidenti Vüqar Məmmədov məlumat verib.

O, Azərbaycan millisinin sabiq baş məşqçisi Fərid Cəlalovla anlaşdıqlarını və yaxın günlərdə rəsmi müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, F.Cəlalov son olaraq “DH Volley” komandasını çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью