UNECdə əmək haqları artırıldı

21.11.2024

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırıldı.

UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə Elmi Şuranın qərarı ilə dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb. Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olacaq.

Artımdan sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edəcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью