UNECdə yeni rubrika: “Tələbə və məzunlar yazır”

20.11.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni təşəbbüsə imza ataraq, tələbə və məzunları üçün unec.edu.az saytının xəbər bölməsində (UNECNews) xüsusi rubrika açıb. Yeni rubrika tələbə və məzunlara müxtəlif sahələrdəki təcrübələrini, ekspert rəylərini, təhlillərini, maraqlı və aktual mövzularla bağlı yazılarını geniş auditoriya ilə paylaşmaq imkanı yaradır.

Tələbə və məzunlar yazılarını [email protected] e-ünvanına göndərə bilərlər. Təqdim edilən yazılar aktuallığına və məzmununa görə dəyərləndirilərək, oxucuların diqqətinə çatdırılacaq.

Aktual və maraqlı mövzularda yazılarını, məşğul olduqları sahə ilə bağlı ekspert rəylərini, geniş auditoriyaya çatdırmaq istəyən tələbə və məzunları bu fürsəti dəyərləndirməyə dəvət edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью