UNESCO Azərbaycan Respublikasının Milli Komissiyasının Səfəri FOTO

15.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci il mayın 8-də UNESCO Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, səfir Seymur Fətəliyev Azərbaycanın Ankaradakı Səfirliyinin baş katibi İslam Quliyev və Milli Komissiyanın ikinci katibi Mustafa Şabanov UNESCO Türkiyə Milli Komissiyasının sədri professor M. Öcal Oğuzu ziyarət ediblər.

Görüşdə UNESCO Türkiyə Milli Komissiyasının baş katib müavini vəzifəsini icra edən Özge Züleyha Ömeroğlu, sektor üzrə mütəxəssis Cansu Türk və doktorantura təqaüdçüsü Bilge Tüzel Ergin də iştirak ediblər. Ziyarət zamanı UNESCO-nun Anım və Qeyd etmə Yubileyləri, Dünya Yaddaşı Proqramı, maddi və qeyri-maddi mədəni irs sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью