UNESCO ilə əməkdaşlıq müzakirəsi

18.06.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Parisdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Nayef H.Al-Fayez ilə görüşüb.

Söhbət zamanı mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, mədəni diplomatiya və mədəniyyət sahəsində beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, UNESCO-nun SECURE layihəsi çərçivəsində perspektiv əməkdaşlıq istiqamətləri və bu proqramın mədəni irsin qorunması sahəsində tətbiq oluna biləcək imkanları müzakirə edilib.

Tərəflər UNESCO ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, peşəkar mübadilə proqramlarının genişləndirilməsi və innovativ beynəlxalq təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də mədəniyyətin dayanıqlı inkişaf və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsində rolunun əhəmiyyəti vurğulanıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью