UNESCO Monteneqrodakı tarixi binanın Ümumdünya İrs Siyahısına salınmasını istəyir

03.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Podqoritsa, 3 may, AZƏRTAC

UNESCO Monteneqronun Kotor körfəzində hazırda “Verige 65” adı ilə turizm obyekti kimi istifadə olunan tarixi binanın Ümumdünya İrs Siyahısına salınmasını istəyir.

AZƏRTAC xəbər verir ki, UNESCO tezliklə obyektlə bağlı tövsiyələrdən ibarət hesabat hazırlayacaq. Bu sənəd baxılmaq üçün Monteneqro hökumətinə göndəriləcək.

Qeyd edək ki, Ümumdünya İrs Mərkəzinin və Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndələrindən ibarət məsləhət missiyası fevralın sonunda Kotorda olub. Onlar Monteneqro qurumlarının Kotorun təbii və mədəni-tarixi ərazisinin idarə olunması və qorunması prosesində qarşılaşdıqları əsas problemləri müəyyən ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью