UNESCO nun Baş direktoru vəzifəsinə üç nəfər namizədliyini irəli sürüb

08.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 8 aprel, AZƏRTAC

UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyası işini davam etdirir. Sessiya çərçivəsində qurumun yeni Baş direktoru vəzifəsinə namizəd təklif olunacaq.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Baş direktoru vəzifəsinə 3 nəfər - UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini, konqolu Firmin Eduard Matoko, UNESCO baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisi, meksikalı Gabriela Ramos və Misirin turizm naziri Xalid əl-Anani namizədliyini irəli sürüb.

Qeyd edək ki, UNESCO-nun Baş direktoru İcraiyyə Şurası tərəfindən təklif edilir və konfransın təsdiq edəcəyi şərtlərlə Baş Konfrans tərəfindən dörd il müddətinə təyin edilir. Baş direktor 2 dəfə dörd illik müddətə təyin oluna bilər, bundan sonra yenidən seçilmək hüququ yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью