UNESCO siyahısına 26 yeni abidə daxil edildi: Hamını təəccübləndirən qərar (SİYAHI)

17.07.2025

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq ictimaiyyətin təəccübünə səbəb olan qərarla Almaniyanın məşhur Noyşvanştayn qəsri nəhayət UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu qəsr və digər üç saray – Linderhof, Şaxen və Herrenkimze – birlikdə UNESCO-nun yeni mədəni irs obyektlərindən biri kimi tanınıb.

Qaynarinfo xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) yaxın günlərdə dünya üzrə 26 yeni mədəni və təbii əhəmiyyətli ərazini dünya irsi siyahısına daxil edib. Bu siyahıya Bavariyadakı məşhur kral saraylarının da daxil edilməsi bir çoxlarını təəccübləndirib. Çünki turistlərin əksəriyyəti, xüsusən də Noyşvanştaynın artıq uzun illərdir bu siyahıda olduğunu düşünürdü. Bu qəsr vaxtilə "Disney"in "Yatmış gözəl" nağılındakı saraya ilham vermişdi.

UNESCO-nun açıqlamasında deyilir:

"Bu kompleks 1864–1886-cı illərdə kral II Lüdviqin hakimiyyəti dövründə Bavariya Alplarında inşa edilmiş dörd möhtəşəm saraydan ibarətdir. Şəxsi tənhalıq və yaradıcı ilham məkanı olaraq nəzərdə tutulmuş bu saraylar dövrünün romantik və eklektik ruhunu əks etdirir. Vartburq qəsri, Versal sarayı, alman nağılları və Vaqnerin operalarından ilham almış bu tikililər 19-cu əsrin tarixçiliyi və qabaqcıl texnologiyalarını nümayiş etdirir. Gözoxşayan təbii landşaftlara ustalıqla uyğunlaşdırılmış bu abidələr kral Lüdviqin sənətkar dünyagörüşünü təcəssüm etdirir. 1886-cı ildəki ölümündən sonra ictimaiyyətə açıq elan edilmiş bu saraylar hazırda muzey kimi fəaliyyət göstərir və əhəmiyyətli mədəni abidələr sayılır".

UNESCO-nun dünya irsi siyahısına daxil edilən digər 25 obyekt:

1. Kamboca: Represiya mərkəzlərindən sakitlik və düşüncə məkanlarına çevrilmiş memorial yerlər

2. Braziliya: Peruasu mağaraları milli parkı

3. Qvineya-Bisau: Bijagos arxipelaqının sahil və dəniz ekosistemləri

4 Tacikistan: Qədim Xuttal mədəni irs obyektləri

5. Kamerun: Mandara dağlarındakı Dey-Qid-Bey mədəni landşaftı

6 BƏƏ: Fayya paleo-landşaftı

7. Malayziya: Selanqor meşə parkı, Meşə Tədqiqatları İnstitutu

8. İtaliya: Sardiniyada ibtidai qəbir adəti – "Domus de Janas"

9. Syerra-Leone: Qola-Tivay kompleksi

10. Hindistan: Maratxilərin hərbi landşaftları

11. Fransa: Karnak meqalitləri və Morbihan sahili

12. Yunanıstan: Minoy saray mərkəzləri

13. Şimali Koreya: Kumqan (Almaz dağları)

14. Malavi: Mulanje dağı mədəni landşaftı

15. Danimarka: Möns Klint

16. Avstraliya: Murudjuga mədəni landşaftı

17. Cənubi Koreya: Banguçon çayı boyunca petroqliflər

18. Rusiya: Şulqan-Taş mağarası qaya rəsmləri

19. Türkiyə: Sard və Lidiyalıların kurqanları – Bin-Tepe

20. Yamayka: XVII əsr Port-Royal arxeoloji kompleksi

21. Panama: Kolonial transistmik yol

22. Almaniya: Kral II Lüdviqin sarayları – Noyşvanştayn, Linderhof, Şaxen, Herrenkimze

23. İran: Xorramabad vadisinin ibtidai dövr abidələri

24. Meksika: Virikuta müqəddəs yerlər marşrutu boyunca Vixarika xalqının yolu

25. Çin: Sia sülaləsinə məxsus imperator məzarları

26. Vyetnam: Yən Tu – Vinh Nghiem – Kon Son abidə və landşaft kompleksi

Qeyd edək ki, UNESCO bu abidələri Dünya İrsi Siyahısına salmaqla onların insanlıq üçün ümumbəşəri dəyərə malik olduğunu təsdiqləyir və həm qorunmasını təmin etmək, həm də turizm imkanlarını təşviq etmək məqsədi güdür.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью