“Unibank” bölgə klubunun sponsoru oldu EKSKLÜZİV

15.07.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz”dən sevindirici xəbər var.

Son günlərdə rəhbər şəxslərin klubdan ayrılması ilə gündəmdə olan Gəncə klubunda pozitiv hadisələr də yaşanır. 

Belə ki, “sarı-göylər” yeni sponsor tapıb. “Kəpəz” növbəti mövsümə yeni forma sponsoru ilə start verəcək.

“Unibank” komandanın tərəfdaşları sırasına qoşulub. Tərəflər arasında razılıq əldə olunub və bunun yaxın günlərdə ictimaiyyəti açıqlanması gözlənilir.

“Kəpəz” növbəti mövsümə üzərində sözügedən bankın adı yazılı formalarla çıxacaq.

İdmanxeber.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью