Unibank dan müştərilərinə PİS XƏBƏR Depozit faizləri endirildi

21.10.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Unibank” ASC manatla müddətli əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb.

Modern.az Plat.az-a istinadən xəbər verir ki, bank 6, 12, 18 və 24 aylıq manat depozitlərinin illik faizlərini 0,5 faiz bəndi azaldıb.

Belə ki, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə 6 aylıq əmanətlərin illik gəlirliliyi 8,5%-dən 8%-ə, 12 aylıq əmanətlərin gəlirliliyi isə 9,5%-dən 9%-ə endirilib.

Eyni zamanda, 18 aylıq depozitlərin faizləri 10%-dən 9,5%-ə, 24 aylıq depozitlərin faizləri isə 10,5%-dən 10%-ə salınıb.

Üçaylıq manat əmanətlərinin illik faiz dərəcəsi dəyişməyərək 7% səviyyəsində saxlanılıb.

Beləliklə, Unibankda manatla müddətli depozitlər üzrə ən yüksək illik gəlirlilik 10,5%-dən 10%-ə enib.

ABŞ dolları və avro ilə yerləşdirilən müddətli əmanətlər üzrə faiz dərəcələri isə dəyişməyib.

Qeyd edək ki, “Unibank” KB ASC 1992-ci ildə “MBank” adı ilə yaradılıb. 2002-ci ildə “PROMTEXBANK”la birləşdikdən sonra indiki adını alıb. Bankın nizamnamə kapitalı 138,2 milyon manat təşkil edir. Səhmdarları 7 fiziki şəxsdən ibarətdir. Bankın səhmlərinin 94,0763%-i Eldar Qəribova, qalan 5,9237%-i isə digər 6 fiziki şəxsə məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью