® “Unibank” ətraf mühitə dəstək məqsədilə 500 ağac əkib AZƏRTAC | Icma.az
Icma.az, Azertag portalına istinadən məlumat yayır. Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhbər tutan “Unibank”
Bank tərəfindən Müşfiqabad ərazisində 500 ağac əkilib. Bank əməkdaşları 1 hektara yaxın ərazidə Eldar şamı və Zeytun tinglərinin əkinini həy
Ağacəkmə aksiyasına “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilati dəstəyi verilib.
Hər iki ağac növü hava keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə təsiri baxımından əhəmiyyətli qiymətləndirilir.
Belə ki, bir zeytun fidanı ildə təxminən 1-5 kiloqram, bir Eldar şamı fidanı isə 1-4 kiloqram karbon udur.Yetkin mərhələdə bu sayda zeytun və şam ağacları ildə 6-8 ton və daha çox karbon udma potensialına malikdirlər.Xatırladaq ki, yeni inkişaf strategiyasına uyğun olaraq, “Unibank” tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində yaşıl layihə maliyyələşdirilmələri aparılır.
Bank tərəfindən artıq müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılışı həyata keçirilib.
Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və yaşıl artımın təmin edilməsinə töhfə verilməsini hədəfləyir.
“Unibank” - Sənin bankın! Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu