Unibank GRG ATM lərin alınması üçün tender keçirir | Icma.az
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Unibank KB GRG ATM-lərin alınması üçün tender elan edib.
Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər.
Zərflərin qəbulu üçün son tarix 10.02.2025-ci il, saat 12.00-dır. Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.
Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.
Tender haqqında daha ətraflı məlumatı bankın rəsmi saytından ala bilərsiniz: https://unibank.az/az/news/retail/2113/unibank_grg_atm_alinmasi_uchun_tender_kechirir Bu şərtlər avadanlıqlar üçün tələb olunan ən minimal tələblərdir.
Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması mütləqdir.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaransa, [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu