Unibank ın səhmdarları toplaşacaq

25.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 23-də "Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, yığıncağın gündəliyinə "Unibank"ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlər daxildir.

Yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - "Zoom" vasitəsilə məsafədən olacaq.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə yaradılıb. Onun səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью