Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
12 mart 2026-cı il tarixində, “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
1. “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.
2.“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin təşkili, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.