“Unibankda yeni təyinat olub

19.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“Unibank"da yeni təyinat olub.

"APA-Economics" xəbər verir ki, Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Cabbarov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.

O, bu təyinatadək “Paşa Bank”da 9 ildən artıq müddətdə kreditlərin anderraytinqi, maliyyə və qeyri-maliyyə risklərinin idarəedilməsi üzrə rəhbər vəzifələrində çalışıb. Daha əvvəl isə eyni istiqamətlər üzrə “Turan Bank”da 5 il ərzində idarəedici vəzifələrdə fəaliyyət göstərib.

İlkin Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə sahəsində magistr təhsili alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью