“Unibankda yeni təyinat olub

19.11.2024

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Cabbarov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatadək “Paşa Bank”da 9 ildən artıq müddətdə kreditlərin anderraytinqi, maliyyə və qeyri-maliyyə risklərinin idarəedilməsi üzrə rəhbər vəzifələrində çalışıb. Daha əvvəl isə eyni istiqamətlər üzrə “Turan Bank”da 5 il ərzində idarəedici vəzifələrdə fəaliyyət göstərib.

Ən sərfəli kredit üçün müraciət et

İlkin Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə sahəsində magistr təhsili alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью