Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkələrdə "Unibank"ın göstərdiyi xidmətlə bağlı müştəri narazılığı əks olunan paylaşım yayılıb.
“Yeni Sabah” xəbər verir ki, "AZBank klubu" səhifəsində İlqar Quliyev adlı istifadəçinin bildirdiyinə görə, bankın "Albalı" kartı üzrə mövcud olan 507 manatlıq kredit borcunu indiyədək bir gün də olsun gecikdirmədən, vaxtlı-vaxtında ödəyib. Lakin bank əməkdaşları zəng edərək müqavilə müddətinin bitdiyini və qalıq borcun birdəfəlik tam ödənilməli olduğunu tələb ediblər.
Vətəndaş bildirib ki, aylıq ödəniş məbləğini və müqavilə şərtlərini bank özü təyin etdiyi halda, ödəniş qrafiki ilə müqavilə müddətinin uzlaşmaması müştəri üçün ciddi problemlər yaradır. Müştərinin məbləği birdəfəyə ödəyə bilmədiyini deyərək müqavilənin uzadılması barədə xahişi isə rəsmi iş yerinin olmaması səbəb gətirilərək rədd edilib. pizza
Qeyd edək ki, bank məhsulları üzrə ödəniş qrafiki ilə kredit müqaviləsinin müddəti arasındakı uyğunsuzluqlar tez-tez istehlakçı hüquqlarının pozulması və maliyyə savadlılığının çatışmazlığı fonunda qalmaqallara səbəb olur. Ekspertlər bu cür hallarda Mərkəzi Banka və ya aidiyyəti hüquq-mühafizə qurumlarına müraciət etməyi tövsiyə edirlər.