“Unibank”ın 3 aylıq faiz təhlükəsi

21.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Unibank” KB АSC-nin 2026-cı ilin III rübünə olan “Faiz riski” hesabatı bankın qısamüddətli dövrdə böyük faiz riskinə məruz qaldığını göstərir.

“Yeni Sabah” xəbər verir ki, bankın faiz dərəcəsinə həssas cəmi aktivləri 1 milyard 647,7 milyon manat olduğu halda, həssas öhdəliklərinin həcmi 1 milyard 661,1 milyon manat təşkil edib. Ümumi balans üzrə öhdəliklər aktivləri 13,4 milyon manat üstələyir.

Ən diqqətçəkən və mənfi məqam isə 0-3 ay müddətlərindəki kəskin fərqdir. Bankın 3 aya qədər müddətə olan faiz həssaslıqlı öhdəlikləri 699,9 milyon manat təşkil etdiyi halda, eyni müddətli aktivləri cəmi 210,3 milyon manatdır. Nəticədə 0-3 ay intervalında 489,6 milyon manatlıq mənfi “Qəp” (fərq) yaranıb. Marqarita pizza

Bu göstərici o deməkdir ki, bazarda və ya Mərkəzi Bankın depozit/uçot faizlərində hər hansı artım olarsa, “Unibank”ın faiz xərcləri faiz gəlirlərindən daha sürətlə artacaq və bu da bankın gəlirliliyinə təzyiq yarada bilər.

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью