Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Unibank”ın Əjdaha lotereyasının 4-cü tirajının qalibləri Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib.
Daha 252 nəfər “Unibank”dan müxtəlif hədiyyələr, pul mükafatlarının qalibi olub.
“Əjdaha” lotereyanın 4-cü tirajının qaliblərindən 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
Qaliblərin siyahısı bankın saytında yerləşdirilib: (https://unibank.az/uploads/menus/1733121221qalibler%204.pdf) “Əjdaha” lotereyasının dördüncü tirajında oktyabrın 21-dən noyabrın 20-dək Unibank bank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib.
“Əjdaha” lotereyasının dördüncü tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıb.
Lotereyanın sonuncu - əsas hədiyyəsi Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzilin oynadığı 5-ci tirajın qalibləri isə dekabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək.
Artıq noyabrın 21-dən dekabrın noyabrın 25-dək etdiyiniz ödənişlər sizə 5-ci tiraj üçün şans qazandırır.