“Unibank”ın mənfəəti bölüşdürüləcək

09.02.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 12 mart 2026-cı il tarixində keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncaqda “Unibank”ın 2025-ci il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə və bankın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью