UNICEFin icraçı direktoru iqlim dəyişikliklərindən danışıb

11.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz mühüm əhəmiyyət daşıyır".

"Cebheinfo.az" xəbər verir ki, bunu UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib.

O bildirib ki, uşaqları iqlim dəyişmələrinin təsirlərindən qorumaq üçün həll yolları axtarmaq və buna sərmayə yatırmaq vacib məsələdir: "Azərbaycanın bu bəyannaməni imzalaması da uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır."

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində Azərbaycanla UNICEF arasında bəyannamə imzalanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью