Unikal müddətli əmanətçilərin sayı 28% artıb

13.11.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin oktyabr ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 231 857 nəfər olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, unikal müddətli əmanətçi sayı illik müqayisədə 28% (50 700 əmanətçi) artıb.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə isə 19.4% (37 723 əmanətçi) çoxdur.

Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью